Sumqayıtda şirkət əməkdaşlarını daşıyan avtobus aşdı, 7 nəfər xəstəxanaya yerləşdirildi

Sumqayıt şəhərində şirkət işçilərini daşıyan avtobus qəzaya
uğrayıb.

AzerTimes-ın məlumatına görə, Hadisə Bakı-Quba yolunun Sumqayıt
şəhərindən keçşən hissəsində baş verib.

Sumqayıt Texnologiyalar Parkına (STP) məxsu avtobus işçiləri işə
apararkən yolda idarəetməni itirərək aşıb.

Hadisə nəticəsində avtobusda olan 7 nəfər xəsarət alıb.

Xəsarət alan şəxslər təcili yardımla xəstəxanaya gətirilib.

Sumqayıt Təcili Tibbi Yardım Stansiyasından AzerTimes-a verilən
məlumata görə, xəstəxanaya gətirilən 7 nəfərə ilkin tibbi yardım
göstəriləndən sonra evə buraxılıb.

Xsarət alanlar hamısı STP-nin əməkdaşları olub.

Teqlər: