Masallıda vəzifəli şəxslər barədə cinayət işi başlandı

Bəzi sosial media səhifələrində Yardımlı rayonunu ərazisində
ağacların qanunsuz kəsilməsi ilə bağlı yayılmış məlumatlar üzrə Baş
Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində
araşdırma aparılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata
görə, aparılan araşdırmalarla, Masallı Regional Meşə Təsərrüfatı
Mərkəzinin vəzifəli şəxsləri tərəfindən Yardımlı rayonu ərazisində
bioloji inkişafda olmuş meşə fonduna daxil olan ümumilikdə 172 ədəd
müxtəlif cinsli və diametrli ağacların qanunsuz kəsilməsi
nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər
vurulmasına səbəb olan 30 min 643 manat məbləğində maddi ziyanın
vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4
(qanunsuz ağac kəsmə) və 309.1-ci (vəzifəli şəxs tərəfindən xidməti
səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan
hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər
vurduqda) maddələri ilə cinayət işi başlanılaraq istintaqın davam
etdirilməsi Yardımlı rayon prokurorluğuna tapşırılıb.

Teqlər: