Sumqayıtda narkotik satan və 400 metr internet kabelini oğurlayan şəxslər saxlanılıblar (FOTO/VİDEO)

Sumqayıt şəhərində narkotik vasitələrin satışı ilə məşğul olan
və 400 metr internet kabelini kəsərək oğurlayan şəxslər
saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, Sumqayıt
Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata
keçirdikləri əməliyyat zamanı əvvəllər də narkotik vasitələrin
qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum edilən Sumqayıt
şəhər sakinləri Azad İsrafilov və Vaqif Cəfərov tutularaq istintaqa
təqdim ediliblər. Onların üzərindən və yaşadıqları evlərdən satış
üçün əldə etdikləri 500 qrama yaxın heroin, metamfetamin və 1 ədəd
elektron tərəzi aşkar olunub. Azad İsrafilov və Vaqif Cəfərov
Sumqayıt şəhərində narkotik vasitələrin satışı ilə məşğul
oluqlarını etiraf ediblər.

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin
əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı
Corat, həmçinin ətraf qəsəbələri rabitə və internetlə təmin edən
kabel xəttələrini kəsərək oğurlayan əvvəllər məhkum olunmuş Famil
Babayev saxlanılıb. Araşdırma zamanı onun müxtəlif vaxtlarda qeyd
edilən ərazidən 400 metrə yaxın kabeli oğurladığı və əlvan metal
qəbulu məntəqələrinə satdığı müəyyən edilib. Famil Babayev sonuncu
dəfə kabel xəttlərini kəsərən oğurlamaq istəyən zaman saxlanılaraq
Polis Bölməsinə gətirilib.

Faktlarla bağlı saxlanılan hər üç şəxs barəsində toplanan
materiallar Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinə
göndərilib. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan
tədbirləri seçilib. Azad İsrafilov, Vaqif Cəfərov və Famil
Babayevin ətrafında əməliyyatlar davam etdirilir.

Teqlər: