Sabahdan 3 gün ərzində güclü külək əsəcək – XƏBƏRDARLIQ

Martın 27-si səhərdən 30-u səhərədək hava şəraitinin küləkli
olacağı, cənub-qərb küləyinin şimal-qərb küləyi ilə əvəz olunacağı,
küləyin maksimal sürətinin 15-20 m/s, arabir 23-28 m/s, 28-i gecə
və səhər yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi
gözlənilir.

Hidrometeoroloji Proqnozlar Bürosundan AzerTimes-a verilən məlumata görə,
Azərbaycanın rayonlarında martın 27-si səhərdən 30-u səhərədək ölkə
ərazisində küləkli hava şəraitinin davam edəcəyi, cənub-qərb, qərb
küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s, 28-i gecə
və səhər ayrı-ayrı yerlərdə arabir 30-33 m/s-dək güclənəcəyi
gözlənilir.

Teqlər: