Sumqayıtda narkotik alverçisi həbs edilib (FOTO/VİDEO)

Sumqayıt şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə
məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, Sumqayıt
Şəhər Polis İdarəsinin 1-ci Polis Bölıməsinin əməkdaşlarının həyata
keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş şəhər sakini
İbrahim Əhmədov tutularaq istintaqa təqdim edilib. Onun üzərinə
baxış zamanı 1 kiloqrama yaxın heroin və elektron tərəzi aşkar
edilib. Araşdırma nəticəsində müəyyən edilib ki, İbrahim Əhmədov
Sumqayıt şəhərində narkotik vasitələrin satışı ilə məşğul olub.

Faktla bağlı saxlanılan şəxs barəsində toplanan materiallar
Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onun
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İbrahim Əhmədovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin
saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Teqlər: