Sumqayıtda bayraqla avtomobil təmizləyən şəxs üzr istədi

Xəbər - Samir Əli – Trend:

Bayraqla avtomobil təmizləyən və sosial şəbəkələrdə videosu yayılan şəxsin kimliyi müəyyən edilib.

DİN Mətbuat Xidmətinin inspektoru Zeyni Hüseynov AzerTimes-a bildirib ki, polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-texniki tədbirlərlə həmin şəxsin Sumqayıt şəhər sakini 72 yaşlı Soltan Mehdiyev olması müəyyən edilib.

Sumqayıt Şəhər Polis İdarəsinə dəvət olunan S.Mehdiyev izahatında taksi fəaliyyəti ilə məşğul olduğunu bildirib. O qeyd edib ki, avtomobilində təmizlik üçün bir neçə parça olub, lakin həmin vaxt səhv salaraq həmin parçalardan deyil, bayraqdan istifadə edib.


S.Mehdiyev etdiyi bu hərəkəti qınayan hər bir kəsdən üzr istəyib və peşman olduğunu bildirib.

Teqlər: