Yaxın vaxtlarda ailə həkimi rezidenturası formalaşdırılacaq – Agentlik

Xəbər - Çingiz Səfərli – Trend:

Hazırda Ailə İnstitutu formalaşdırılma mərhələsindədir.

AzerTimes xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Nərgiz Hacıyeva deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda ailə həkimi rezidenturası formalaşdırılacaq.


“Hazırda bu istiqamətdə işlər aparılır. Nəticələr barədə ətraflı məlumat veriləcək. Ailə həkimi rezidenturası təcrübəsi Avropada var. Bizdə də olandan sonra rezidenturanı bitirənlər ailə həkimi kimi fəaliyyət göstərəcəklər. Digər bir tərəfdən, məsələn, Estoniyada ailə həkimləri 24 saat fəaliyyət göstərir. Bu da xroniki xəstəliyi olan şəxslərlə əlaqədardır. Bizdə də yaxın gələcəkdə 24 saatlıq fəaliyyət rejimi tətbiq olunacaq”, – deyə o bildirib.

Teqlər: