Sumqayıtda avtobus sürücüsünə qarşı xuliqanlıq edən şəxs saxlanılıb (FOTO/VİDEO)

Daxili İşlər Nazirliyi Sumqatyıtda avtobus sürücüsünə hücum
edilməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

Nazirlikdən AzerTimes-a verilən məlumatda bildirilir ki, Sumqayıt
şəhərində 7 nömrəli marşurut xətti üzrə sərnişindaşıma fəaliyyəti
göstərən avtobusun sürücüsünə hücum edilməsi barədə sosial
şəbəkələrdə görüntülər yayılıb. Hadisə ilə bağlı, Sumqayıt Şəhər
Polis İdarəsində araşdırma başlanılıb.

Sürücünün şikayəti qeydə alınıb və xəsarətlərinin müəyyən
edilməsi üçün ekspertiza təyin edilib. Həyata keçirilən tədbirlər
nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Aftandil Novruzov
saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsinə
təhvil verilmişdir.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində
Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb,
araşdırmalar davam etdirilir.

Teqlər: