AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası səriştəlilik test proqramında uğurla iştirak edib (FOTO)

Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı
ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ)
nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki
bazasının gücləndirilməsi, peşəkar kadrlarla təmin olunması, eləcə
də modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər
həyata keçirilir.

AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasında da qabaqcıl
texnologiyaların tətbiqi istiqamətində maddi-texniki baza mütəmadi
olaraq zənginləşdirilir, müayinələrin beynəlxalq tələblərə uyğun
həyata keçirilməsi üçün beynəlxalq laboratoriyalararası
səriştəlilik (Proficiency test) sınaqlarında iştirakı təmin edilir.
Belə ki, laboratoriya növbəti dəfə İngiltərənin VETQAS (APHA
SCIENTIFIC) şirkəti tərəfindən təşkil edilmiş və dünyanın müxtəlif
ölkələrindən 29 laboratoriyanın da iştirak etdiyi heyvanlarda
qarayara xəstəliyinin (PT0002 Bacillus anthracis) müayinəsi üzrə
səriştəliliyin artırılması test proqramlarında iştirak edərək
uğurlu nəticə əldə edib. Sınaqlar tələblərə uyğun olaraq,
bakterioloji müayinə üsullarının tətbiqi ilə aparılmışdır.

Qeyd edək ki, Mərkəzi Baytarlıq Laboratoriyası indiyədək
İngiltərənin VETQAS (APHA SCIENTIFIC) şirkəti, Pirbright İnstitute,
FAO tərəfindən təşkil edilmiş səriştəlilik test proqramlarında
uğurla iştirak edib. Laboratoriyada istifadə edilən müasir cihaz və
avadanlıqlar patomorfoloji, mikrobioloji, virusoloji, seroloji,
molekulyar-genetik, kimyəvi-toksikoloji və parazitoloji müayinələri
həyata keçirməyə imkan verir.

Teqlər: