Sumqayıt stadionu ilin sonunadək hazır olacaq – Direktor

Sumqayıt şəhərində yeni stadionun tikintisi bu ilin sonuna kimi
yekunlaşa bilər.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yerində
tikilən idman arenasında işlər davam etdirilir.

Bunu Trend
Sumqayıt stadionunun direktoru Nadir Quliyev deyib.

Onun sözlərinə görə, bir müddət idi ki, stadionda işlər
dayanmışdı.

“İşlərə yenidən başlamışıq. Stadionun tikintisinin bu ilin
sonuna kimi yekunlaşması nəzərdə tutulub. Şəhərin əsas stadionu
beynəlxalq standartlara uyğun inşa edilir. Əvvəl stadionun azarkeş
tutumu 16 min idi. Yeni stadionda isə bu rəqəm 10 min olacaq. Bunun
da səbəbi odur ki, əvvəllər oturacaqlar taxtadan idi, təzə
stadionda isə beynəlxalq standarlara uyğun kreslolar
quraşdırılacaq”, – deyə N.Quliyev bildirib.

Teqlər: