“Sumqayıt” Rumıniya komandasına böyük hesabla uduzdu

“Sumqayıt” Rumıniya komandasına böyük hesabla uduzdu

Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” klubu ilk yoxlama görüşünü keçirib.

AzerTimes xəbər verir ki, Premyer Liqa təmsilçisi Rumıniyanın “Hermanştadt” komandası ilə görüşüb.

Görüş rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Sumqayıt” ikinci yoxlama matçını yanvarın 16-da keçirəcək. Rəqib Özbəkistan təmsilçisi “Soqdiana” olacaq.

Teqlər: