İsrailin şəhərlərini vura bilərik – Ansi

İsrailin şəhərlərini vura bilərik – Ansi

Yəmənin “Ənsar Allah” hərəkatı İsrail şəhərlərinə zərbələr endirmək üçün bütün lazımi hərbi-texniki imkanlara malikdir.

AzerTimes xəbər verir ki, bunu yəmənli siyasi şərhçi Əbdül Kərim əl-Ansi deyib.

“Yəmən silahlı qüvvələri (husilər – red.) onların (ABŞ-ın – red.) gözləmədiyi cavabı verə bilirlər. ABŞ kəşfiyyatı, böyük ehtimalla, qış yuxusuna gedib, çünki Səna Aşdoda zərbə endirməyə qadirdir. Təl-Əviv və İsrailin digər şəhərləri təəccüblənəcəklər. Onlar Yəmən silahlı qüvvələrinin silahlarının texnoloji potensialını və yüksək döyüş hazırlığını lazımi səviyyədə qiymətləndirmirlər”, – Ansi qeyd edib.

Teqlər: