Sumqayıt Dəmiryol Vağzalının xidmət göstərdiyi sərnişinlərin sayı açıqlanıb

Xəbər - Fərid Zöhrabov – Trend:

Sumqayıt Dəmiryol Vağzalı “Azərbaycan Dəmir Yolları” QSC-nin ən çox sərnişin qəbul edən ikinci stansiyasıdır.

Trend xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin açıqlamasında bildirilir.

“Sumqayıtda son bir ildə yarım milyondan çox vətəndaşa xidmət göstərilib. Stansiyanın yeni, müasir vağzal binası inşa edilərək üç il əvvəl bu gün istifadəyə verilib”, – deyə qurum bəyan edib.

Teqlər: