Bakı məktəblərində istiliklə bağlı vəziyyət necədir? – AÇIQLAMA

Xəbər - Çingiz Səfərli – AzerTimes:

Bakı şəhərində hava şəraitinin kəskin dəyişməsi ilə bağlı təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin fəaliyyəti üçün müvafiq şərait yaradılıb və hazırda məktəblərdə tədris normal qaydada davam edir.

Bu barədə AzerTimes-in sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Məlumata görə, məktəblərin istiliklə təminatı məsələsi tam nəzarətə götürülüb. Əməkdaşlar tərəfindən monitorinqlər davam edir. Məktəblərin istiliklə təmin olunmasında hər hansı problem aşkarlandığı təqdirdə, səbəbi müəyyənləşdirilərək aradan qaldırılması üçün müvafiq tədbirlər görülür, aidiyyəti qurumlara müraciət olunur.


Qeyd edək ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 133-ü “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179-u fərdi qazanxana vasitəsilə, 7-si isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilib.

Twitter: @cingizsafarli

Teqlər: