STAR neft emalı zavodu idxalını 33 faizdən çox artırıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft
emalı zavoduna 2022-ci ilin fevralında 838 921 ton xam neft idxal
olunub ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 33,3 faiz
çoxdur. 2021-ci ilin fevralında zavod 629 147 ton neft idxal
etmişdi.

Trend bu barədə
Enerji Bazarının Tənzimlənməsi Təşkilatına (EPDK) istinadən məlumat
verir.

Hesabatda qeyd olunur ki, STAR fevral ayında 102 534 ton
aviasiya yanacağı, 466 000 ton benzin, 22 767 ton mayeləşdirilmiş
neft qazı, 172 826 ton nafta, 55 893 ton neft koksu, 22 544 ton 95
oktanlı etilləşdirilməmiş benzin, 26 695 ton qaz, 165,3 ton yüksək
kükürd tərkibli yanacaq və 90 546 ton digər məhsul istehsal
edib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: