“SpaceX” Pentaqonun peyklərini kosmosa göndərdi

“SpaceX” Pentaqonun peyklərini kosmosa göndərdi

“SpaceX” şirkəti kosmosa Pentaqonun maraqlarına cavab verən 13 hərbi peyk göndərib.

AzerTimes xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Məlumata görə, cihazları orbitə çatdırmaq üçün “Falcon 9” daşıyıcı raketindən istifadə edilib.

Bildirilir ki, avadanlıq raket buraxılışlarını izləmək və bütün dünyada hərbi rabitəni təmin etmək üçün nəzərdə tutulub.

Yenidən istifadə oluna bilən raket Kaliforniyada yerləşən Vandenberq Kosmik Qüvvələri bazasından buraxılıb.

Teqlər: