Fransada ermənilərin aksiyası dağıdıldı

Fransada ermənilərin aksiyası dağıdıldı

Xarici ölkələrdə yaşayan ermənilərin qondarma “Qarabağ Respublikası” rejiminə dəstək məqsədilə aksiyaları uğursuzluqla nəticələnməkdədir.

AzerTimes Report-a istinadən xəbər verir ki, nəticələr ermənilərin gözlədiklərinin və iddia etdiklərinin tam əksini göstərir. Dünyada ikinci erməni dövləti kimi tanınan və bəzən özünü belə təqdim edən Fransada separatçıların aksiyasının fiaskoya uğramasının bariz nümunəsi yaşanıb. Belə ki, 650 min erməninin yaşadığı iddia olunan Fransada Qarabağ separatçılarını dəstəkləyən etnik azlığın nümayəndələri Azərbaycanın bu ölkədəki səfirliyinin qarşısına toplaşıb.

Lakin aksiyada cəmi 8 nəfər iştirak edib. Onlar səfirliyin yerləşdiyi küçəni bağlamaq və diqqəti cəlb etmək niyyətində olublar. Ancaq planları baş tutmayıb – polis aksiyanı dağıdaraq ermənilərin xoşagəlməz hərəkətinin qarşısını alıb.

Teqlər: