“Space”-in yayımı 3 saatlıq dayandırılacaq

Azərbaycan Respublikası Audiovizual Şurasının iclası
keçirilib.

Bu barədə AzerTimes-a Şuradan məlumat verilib.

İclasda 15–25 aprel 2022-ci il tarixləri arasında ümumölkə
yerüstü televiziya yayımçılarının proqramlarının monitorinqinin
nəticələri müzakirə olunub.

“Space” televiziya yayımçısının efirində 23 aprel 2022-ci il
tarixdə saat 17.47-18.23 arası “Balaca qurmanlar” adlı uşaqlar üçün
proqramın yayımı zamanı yerləşdirilən reklam blokunda energetik
içkiyə aid çarx nümayiş etdirildiyinə görə “Reklam haqqında”
Azərbaycan Respublikasının Qanununun 12.1.8-ci maddəsinin
tələblərinin pozulması faktı qeydə alınıb.

Bu səbəbdən “Media haqqında” Azərbaycan Respublikası Qanununun
41.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Audiovizual
Şurası “Space” televiziya yayımçısının proqramlarının yayımının 05
may 2022-ci il tarixdə saat 08.00-dan 11.00-dək 3 (üç) saatlıq
dayandırılması haqqında qərar qəbul edib.

Teqlər: