Sosial Xidmətlər Agentliyi Bakıda sağlamlıq imkanları məhdud 100-dən çox uşağa səyyar formada reabilitasiya xidmətləri göstərir (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
yaradılan Sosial Xidmətlər Agentliyinin ötən il başladığı xidmət
çərçivəsində hazırda sağlamlıq imkanları məhdud 110 uşaq səyyar
formada (evlərində) reabilitasiya xidmətləri ilə təmin olunur.

Onlar daun sindromlu, uşaq serebral iflici, eşitmə
məhdudiyyətli, hidrosefaliya, mikrosefaliya, sağ və sol yuxarı
ətrafların inkişaf geriiliyi olan 6 yaşadək uşaqlardır.

Agentliyin psixoloq, pedaqoq, sosial işçi və loqopedlərdən
ibarət mütəxəssis qrupları həmin uşaqların ünvanlarına gedərək,
onları kompleks sosial-psixoloji və sosial-pedaqoji reabilitasiya
xidmətləri ilə təmin edir.

Qeyd olunan uşaqlarda davranış pozuntuları, diqqət çatışmazlığı,
hiperaktivlik, adaptasiya problemi və s. kimi halların
reabilitasiyası üüçün işlər aparılır.


Bu məqsədlə müxtəlif proqram və terapiyalardan, pedaqoji texnika
və pediatrik reabilitasiya üsullarından istifadə olunur.

Valideynlər üçün maarifləndirici təlim və seminarlar, dəstək
qrupları da təşkil edilir. Sağlamlıq imkanları məhdud 16 uşağın
səyyar sosial reabilitasiyası kursu isə artıq uğurla başa
çatıb.

Teqlər: