Son üç ildə işə qəbul olunan müəllimlərin sayı açıqlandı

Xəbər - Elçin Mehdiyev – Trend:

Son üç il ərzində 27 197 nəfər müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə işə qəbul olunub.

AzerTimes-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, hər il 8-9 min arası müəllim işə qəbul olunur.


Onun sözlərinə görə, bu il müsabiqədə iştirak edən namizədlərin sayı 60 minə qədər artıb. Bu il vakansiyaların sayı 7 718-dir, lakin bu sayın 9 minə qədər artması gözlənilir.

Teqlər: