Son on il ərzində Avropa Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox vəsait yatırıb – Nazir

Son on il ərzində Avropa Azərbaycan iqtisadiyyatına 20 milyard
dollardan çox vəsait yatırıb.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat
naziri Mikayıl Cabbarov Bakıda keçirilən Aİ-Azərbaycan biznes
forumunda deyib.

“Avropa İttifaqı (Aİ) Azərbaycanın etibarlı ticari-iqtisadi
tərəfdaşıdır. Azərbaycanda Aİ-dən olan 700-dən çox şirkət işləyir.
Bu il Azərbaycanla Aİ arasında ticarət dövriyyəsinin artımı
gözlənilir”, – deyə nazir bildirib.

O qeyd edib ki, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı 2020-ci
illə müqayisədə 5,6 faiz artıb.

“Digər göstəricilər də, o cümlədən neft-qaz və qeyri-neft
sahələri artıb. 2022-ci ilin əvvəlindən qeyri-neft məhsullarının
istehsalının artımı təxminən 40 faiz təşkil edib ki, bu da vergi
daxilolmalarının artmasına xidmət edir. Söhbət 250 milyon dollar
məbləğindən gedir”, – M.Cabbarov deyib.

(Tərcümə: Orxan Nəbiyev)