Ölkənin ən böyük elektrik stansiyalarından biri əsaslı təmir edilib (FOTO/VİDEO)

2013-cü ildə Şirvan şəhərində tikilərək istismara verilən,
ölkənin ən böyük elektrik stansiyalarından olan 2 bloklu 780
meqavatlıq “Cənub” Elektrik Stansiyasının 2-ci bloku “AzərEnerji”
tərəfindən əsaslı təmirə çıxarılıb.

“AzərEnerji” ASC-dən AzerTimes-a
verilən məlumata görə, qeyd edək ki, istismar normativlərinə görə
“Cənub” Elektrik Stansiyasının birinci bloku 2018-ci ildə əsaslı
təmir ediləndən sonra “itirilmiş” güclər bərpa edilmişdi və indi də
ikinci blok əsaslı təmir edilməklə analoji nəticə alınır. Belə ki,
stansiyanın ikinci blokunun buxar və qaz turbinləri,
util-qazanları, transformatorları, generatorları və köməkçi
avadanlıqları əsaslı təmir edilərək stansiyanın istismar müddəti
uzadılır, etibarlıq və dayanıqlıq bərpa edilməklə “itirilmiş”
güclər bərpa olunur.

“AzərEnerji”nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi
Teymur Abdullayev bildirib ki, əvvəllər stansiyaların əsaslı təmiri
xarici şirkətlər tərəfindən aparılırdısa, “Cənub” Elektrik
Stansiyasında bu dəfə aparılan əsaslı təmir işləri əsas etibarı ilə
“AzərEnerji”nin yerli mütəxəssisləri tərəfindən həyata
keçirilib.

Qeyd edək ki, 2018-ci ildən başlayaraq ölkədəki 12 ən böyük
elektrik stansiyasında yenidənqurma, təmir və bərpa işləri
aparılmaqla 1000 meqavatdan artıq “itirilmiş” güc bərpa edilib.

Teqlər: