2022-ci ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi (ƏƏSMN) və qurumları üzrə 307544 vətəndaş qəbul
edilib. Onlardan 9200-nün nazirliyin və qurumların rəhbər vəzifəli
şəxsləri tərəfindən qəbulu həyata keçirilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində
keçirilən kollegiya iclasında bildirilib.
Kollegiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri
Sahil Babayev qeyd edib ki, Prezident İlham Əliyevin tapşırıqlarına
əsasən aparılan sosial islahatların əsas məqsədi vətəndaş rifahının
və məmnunluğunun təminatıdır. Bu məqsədlə geniş miqyasda tədbirlər
həyata keçirilir.
Sosial islahatlar ardıcıl xarakter almaqla, sosial ödənişlərrin
mütəmadi artırılması təmin edilir. 2022-ci ilin əvvəlindən də
ölkəmizdə yeni sosial islahata paketi kimi, əmək haqqı, pensiya və
s. sosial ödənişlər növbəti dəfə artırılıb. 3,4 milyon şəxsi əhatə
edən bu artımlar üçün illik əlavə olaraq 2,1 mlrd. manat
ayrılıb.
S.Babayev vurğulayıb ki, vətəndaşlara xidmətlərin keyffiyyətinin
artırılması üçün mühüm islahatlar reallaşdırılıb. Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST
konsepsiyası dövlət sosial xidmətlərinin “bir pəncərə”dən,
operativ, tam şəffaf və müasir, vətəndaş məmnunluğuna uyğun
qurulmasına imkan verib. 2019-cu ilin may ayından bəri DOST
Agentliyi və bundan sonra 5 DOST mərkəzi açılıb, paytaxtın bütün
rayonları və Abşeron rayonu DOST xidmətləri ilə əhatə olunub. Ötən
il DOST mərkəzlərində 410 min vətəndaşa xidmət göstərilib.
Qeyd olunub ki, Azərbaycanın DOST təcrübəsindən faydalanmaq
istəyən ölkələrin də sayı artmaqda davam edir. Bu gün bir sıra
ölkələrlə həm DOST konsepsiyası, həm də nazirliyin fəaaliyyətt
sahələrində geniş şəkildə tətbiq olunan innovativ yenliklərlə bağlı
fəal təcrübə mübadilələri aparılır.
Ümumilikdə, beynəlxalq əməkdaşlıq müstəvisində icra olunan
layihələrin və əməkdaşlıq istiqamətlərinin sayı da 2018-ci ilə
nisbətən iki dəfəyə qədər artaraq 2021-ci ildə 38-ə çatıb.
Bu gün nazirlik 30-a yaxın beynəlxalq təşkilatla, 30-dan çox
ölkə ilə fəal əməkdaşlıq həyata keçirir. Ötən il bir sıra ölkələrlə
(Serbiya, SƏK və s.) müvafiq fəaliyyət sahələrində əməkdaşlığa dair
sənədlər imzalanıb. Cari ildə də müxtəlif ölkələrin müvafiq
qurumları ilə yeni əməkdaşlıq sənədlərinin imzalanması nəzərdə
tutulur.
İclasda vətəndaşların qəbulu və müraciətlərinə baxılması,
beynəlxalq əlaqələr, daxili nəzarət və audit, kadr məsələləri,
sənədlərlə və vətəndaşların müraciətləri ilə iş, ictimaiyyətlə
əlaqələr və s. sahələrdə görülmüş işlər və qarşıda duran hədəflər,
doğulanlar arasında cins nisbətinin pozulmasının aradan
qaldırılması istiqamətində təşviqata dair təkliflər müzakirə
olunub. Həmçinin 2021-ci ildə təsdiq edilmiş aktual peşə və
ixtisasların siyahısına yenidən baxılaraq, onlara əlavə və
dəyişikliklərin edilməsi qərara alınıb.