Neftçalada Novruz bayramı qeyd olunub

Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda
müsəlman dünyasının hər il böyük sevinc və təntənə ilə qeyd etdiyi
qədim tarixi keçmişə malik Novruz bayramı geniş qeyd olunub.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən
Seyidov, RİH məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə,
müəssisə və təşkilatların rəhbərləri, rayon ağsaqqalları, şəhid
ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak
edib.

Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı öncə məktəblilərin
Novruz bayramına həsr etdikləri rəsm əsərlərinə və
adət-ənənələrimizi özündə əks etdirən sərgiyə baxış keçirib.
Bayram tədbirində iştirakçılar Odlar Yurdu Azərbaycanımızda Novruz
bayramı və adət-ənənələrimiz haqqında məlumatlandırılıb.

Bayram tədbiri Biləsuvar Regional Mədəniyyət İdarəsinin Neftçala
rayon Mədəniyyət evinin, Neftçala rayon Camal İsmayılov adına Uşaq
İncəsənət məktəbinin hazırladığı kompozisiyalarla davam edib.

Teqlər: