Son 3 ayda Bakıdakı yol qəzalarında 52 nəfər ölüb

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi son 3 ay ərzində Bakı
şəhərində baş verən yol qəzalarının sayını açıqlayıb.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli AzerTimes-a
açıqlamasında bildirib ki, 2022-ci ilin yanvar-mart aylarında 125
yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 52 nəfər ölüb, 96
nəfər yaralanıb.

“Bakıda son 3 ay ərzində avtobuslarla 2 yol qəzası baş verib,
ölən olmayıb, 2 nəfər xəsarət alıb.

Yük avtomobilləri ilə 5 hadisə olub, 5 nəfər ölüb, 3 nəfər
yaralanıb. Mopedlərlə 5 hadisə olub, 1 nəfər ölüb, 4 nəfər
yaralanıb. Motosikletlə 1 hadisə olub, 1 nəfər ölüb, 2 nəfər
yaralanıb. Velosipedlə 1 hadisə olub, 1 nəfər yaralanıb.
Azyaşlılarla bağlı 6 hadisə olub, 2 nəfər ölüb, 5 nəfər
yaralanıb.

Ümumi baş vermiş yol-nəqliyyat hadisələrinin 25,6 faizində sürət
həddinin payı var.

Son 3 ay ərzində 89 piayada vurma hadisəsi baş verib, 38 nəfər
ölüb, 59 nəfər yaralanıb. Ötən illə müqayisədə piyadavurma
hadisələri çoxalıb”, – A.Əsgərli deyib.

Teqlər: