Bazar günü 25 dərəcəyədək isti olacaq

Aprelin 17-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən
Trend
-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında
hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən
yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az
yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq
küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 15-19° isti olacaq.
Bakıda gecə 8-10° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi
764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Gecə və səhər
saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 20-25° isti,
dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti
olacaq.

Teqlər: