Somalidə “əş-Şəbab” silahlıları Bulo Marer şəhərinə daxil olub

“Əş-Şəbab” terror qruplaşmasının dəstələri Somalinin cənubundakı
Bulo Marer şəhərinə daxil olub.

AzerTimes-ın
məlumatına görə, bu barədə “Goobjoog News” xəbər portalı
bildirib.

Məlumata əsasən, hökumət bölmələri şəhər mərkəzindən kənara
çəkilib və onun kənarında, Kambaridəki ordu bazasında cəmlənib.
Orada, həmçinin Afrika İttifaqının Somalidəki Missiyasından
(AMISOM) olan Uqanda kontingenti yerləşib.

Hər iki tərəfdən mümkün itkilər barədə məlumat hələлш
verilməyib. Bulo Marer Somalinin paytaxtı Moqadişudan 100 km
cənubda yerləşir.