Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun ilk gününün finalçıları

Bakıda keçirilən idman gimnastikası üzrə FIG Dünya Kuboku
yarışlarının birinci gününün nəticələrinə əsasən kişilər arasında –
sərbəst hərəkətlər, paralel qollar və halqalar üzərində hərəkətlər,
qadınlar arasında – dayaqlı tullanma və müxtəlif hündürlüklü
qollarda hərəkətlərdə finalçılar müəyyənləşib.

AzerTimes-ın
məlumatına görə, sərbəst hərəkətlərində Artem Dolqopyat (İsrail),
Nikolo Mozzato (İtaliya), Antonios Tantalidis (Yunanıstan), Adam
Stil (İrlandiya), İlya Kovtun (Ukrayna), İmon Montqomeri
(İrlandiya), Utkirbek Juraev (Özbəkistan) və Adem Asil (Türkiyə)
finala yüksəliblər. Sərbəst hərəkətlər nümayiş etdirən Azərbaycan
gimnastı Mənsum Səfərov 11.200 xalla 33-cü yeri tutaraq finala
vəsiqə qazana bilməyib.

Halqalar üzərində hərəkətlərdə Salvatore Mareska (İtaliya),
İbrahim Çolak (Türkiyə), Adem Asil (Türkiyə), Van Han Phonq Nquyen
(Vyetnam), Konstantinos Konstantinidis (Yunanıstan), Nikita Simonov
(Azərbaycan), Vintsens Hok (Avstriya) və Alexander Diab (ABŞ)
finala yüksəliblər/

Paralel qollar üzərində hərəkətlərdə Ferhat Arıcan (Türkiyə),
İlya Kovtun (Ukrayna), Kristian Balaj (Macarıstan), Milad Kərimi
(Qazaxıstan), Marios Qeorqiu (Kipr), Co Freyzer (Böyük Britaniya),
Nikolaos İliopoulos (Yunanıstan) və İvan Tixonov (Azərbaycan)
finala yüksəliblər.

Qadınlarda dayaqlı tullanma yarışlarında Valentina Qeorqiyeva
(Bolqarıstan), Teya Belak (Sloveniya), Oksana Çusovitina
(Özbəkistan), Çenqe Mariya Baçkai (Macarıstan), Tyasa Kisselef
(Sloveniya), Maysa Kuusikko (Finlandiya), Pranati Nayak (Hindistan)
və İoana Stançulesku (Rumıniya) finala yüksəliblər. Bu proqramda da
çıxış edən Azərbaycan gimnastı Samirə Qəhrəmanova 12,166 xalla
17-ci yeri tutaraq finala vəsiqə qazana bilməyib.

Müxtəlif hündürlüklü qollarda hərəkətlərdə Naomi Visser
(Hollandiya), Lorett Şarpi (Fransa), İoana Stançulesku (Rumıniya),
Vera van Pol (Hollandiya), Sara Foss (Almaniya), Karolin Pedro
(Braziliya), Sevgi Kaisoğlu (Türkiyə), Lea Maria Kvaas (Almaniya)
finala yüksəliblər. Bu proqramda çıxış edən Azərbaycan idmançısı
Milana Minakovskaya finala vəsiqə qazana bilməyib. O, 10,366 xal
toplayaraq 23-cü yeri tutub.

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika
Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku
keçirilir.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü
beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145
idmançı qüvvəsini sınayacaq.

Dörd günlük yarışların ilk iki günü təsnifat, sonrakı iki günü
isə final mərhələləri baş tutacaq. Turnirdə həmçinin, ən yüksək
icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da
təqdim olunacaq.

Dünya kubokunda ölkəmizi Mənsum Səfərov (sərbəst hərəkətlər),
Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, turnik),
İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar,
turnik), Cavidan Babayev (halqa), Nikita Simovov (halqa), Samirə
Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst
hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar,
gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edirlər.

2022-ci ildə bu növ üzrə müxtəlif ölkələrdə keçirilmiş Dünya
kubokunun 3 mərhələsinin ardınca Bakıda təşkil ediləcək Dünya
kuboku final mərhələsi hesab olunur. Bu səbəbdən 4 yarışda
göstərilən üç ən yaxşı nəticənin yekununa görə idmançılara
ayrı-ayrı alətlər üzrə FIG kuboku təqdim ediləcək.

Teqlər: