Solovyovun “manikür”lü oğlu Londonda təhsil alırmış

Solovyovun “manikür”lü oğlu Londonda təhsil alırmış

Amerikalı yazıçı Ceyson Smart teleaparıcı Vladimir Solovyovu Londonda model kimi çalışan oğlu Daniel haqqında məlumatları gizlətdiyinə görə tənqid edib.

AzerTimes xəbər verir ki, yazıçı bu barədə Tvitterdə yazıb.

“Daniel Solovyov Londonda model kimi çalışır. Vladimir Solovyov bu barədə susur və böyük oğlunun Britaniyada təhsil almasından danışmır”, – o qeyd edib.

Amerikalı yazıçı Solovyovun bu davranışını ikiüzlülük kimi qiymətləndirib.

Smart Solovyovun 21 yaşlı oğlunun bir neçə fotosunu paylaşıb. Bəzi şəkillərdə Daniel Solovyov qara kostyumda poz verir, dırnaqları isə tünd boya ilə örtülüb.

Teqlər: