Solovyov dünən zərbə anonsunu etmişdi: Bu şəhərlər…

Solovyov dünən zərbə anonsunu etmişdi: Bu şəhərlər…

Ukrayna Rusiyanın şəhərlərini vuracaq, körpülərini dağıdacaq, biz isə sakit oturub bunu müşahidə edəcəyik? Heç də belə olmayacaq. Artıq sabah onlar burunlarını çölə çıxarmağa qorxacaqlar.

AzerTimes xəbər verir ki, bunu rusiyalı teleaparıcı Vladimir Solovyov oktyabrın 9-da “Rossiya 1” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” verilişinin gecə efirində deyib.

“Onlar Krım körpüsünü vurdular. İndi bizə gülürlər. Amma biz bunu belə qoymamalıyıq. Sizcə ruslar öz ərazilərinin bombalanmasına normal baxa bilər? Onlar Kiyevdə, Lvovda, İvano-Frankovskda rahat gəzib-dolanacaqlar, kef edəcəklər? Xaricilər bu şəhərlərə ekskursiyaya gələcək? Bəsdir dözdük. Cavab gələcək! Onlar bu şəhərlərdə gizlənməyə deşik axtaracaq”, – Solovyov 9 oktyabır gecə buraxışı zamanı deyib.

Qeyd edək ki, bu gün Rusiya Ukraynanın əksər iri şəhərlərinə kütləvi raket zərbələri endirib.

Teqlər: