Boltonun Putinlə bağlı təhdidinə Kremldən cavab

Boltonun Putinlə bağlı təhdidinə Kremldən cavab

Rusiya Prezidenti Vladimir Putinin təhlükəsizliyi bütün təhdidlər nəzərə alınmaqla lazımi səviyyədə təmin edilir.

AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ağ Ev rəhbərinin keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun Rusiyanın nüvə silahından istifadə edəcəyi təqdirdə Rusiya Prezidentinin “qanuni hərbi hədəfə” çevriləcəyi ilə bağlı bəyanatını şərh edərkən deyib.

O, Rusiyanın nüvə ritorikasında iştirak etmək istəmədiyini də vurğulayıb.

Teqlər: