Soçi görüşü barədə Rəisiyə məlumat verdim – Paşinyan

Soçi görüşü barədə Rəisiyə məlumat verdim – Paşinyan

İran və Ermənistan arasında əlaqələrin inkişafı üçün çoxlu imkanlar var. Mən İranın regionda sülh və təhlükəsizliyə baxışını yüksək qiymətləndirdim.

AzerTimes xəbər verir ki, bunu Tehranda səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan İran Prezidenti İbrahim Rəisi ilə görüşündə deyib.

Paşinyan Soçidə keçirilən üçtərəfli görüş barədə İran prezidentini məlumatlandırdığını deyib:

“İranın regionda sülh və təhlükəsizliklə bağlı fikirləri ilə razıyam. İranın danışıqlarımızda qaldırılan bütün məsələlərdən xəbərdar olması bizim üçün vacibdir. İran Ermənistanın Azərbaycan, Türkiyə və Qarabağla bağlı yanaşmasından xəbərdar olmalıdır”.

Teqlər: