Azərin sözləri dəyişir, yeni təhrif gəlir – Video

Azərin sözləri dəyişir, yeni təhrif gəlir – Video

Milli istiqlal şairi, repressiya qurbanı Əhməd Cavadın yazdığı məşhur “Çırpınırdı Qara dəniz” şeirinə bəstələnən mahnını xalq artisti Azərin şairin sözlərini təhrif və ya əlavə edərək, “Qafqazlardan aşacağıq, Türklüyə şan qatacağıq, Türkün şanlı bayrağını, Qarabağda asacağıq” şəklində tanıdıb.

Artıq Şanlı Ordumuz təxminən iki il öncə Azərbaycan bayrağını Qarabağda ucaldıb. Mahnıdakı “Türkün şanlı bayrağını, Qarabağdan asacağıq” cümləsinin cəmiyyətə çatdırmaq istədiyi mesaj da reallığımıza çevrilib.

Bəs müğənni bu gündən sonra “Çırpınırdı Qara dəniz” mahnısını orijinal formada oxuyacaqmı?

Bununla bağlı AzerTimes-a açıqlama verən xalq artistinin köməkçisi bildirib ki, sözügedən mahnıda sadəcə zaman şəkilçiləri dəyişəcək:

“Qafqazlardan aşacağıq, Türklüyə şan qatacağıq, Türkün şanlı bayrağını, Qarabağda asacağıq” ifadəsində zaman şəkilçiləri dəyişdirilərək, “Qafqazlardan aşdıq, Türklüyə şan qatdıq, Türkün şanlı bayrağını, Qarabağda asdıq” formasına salınacaq”.

Teqlər: