SOCAR Serb neft şirkətinin səhmlərinin nəzarət paketini almaq niyyəti ilə bağlı məlumatları təkzib edib

Azərbaycanın dövlət neft şirkəti SOCAR Serbiyanın NIS neft
şirkətinin səhmlərinin nəzarət paketini almaq niyyəti ilə bağlı
məlumatı təkzib edir.

Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və Kommunikasiya
xidmətindən Trend-in sorğusuna cavab olaraq bildiriblər.

“Son günlər Serbiya mətbuatında SOCAR-ın Serbiyada fəaliyyət
göstərən NIS neft şirkətinin səhmlərinin nəzarət paketini almaqda
maraqlı olduğu barədə məlumat yayılıb. Bildiririk ki, yayılmış
məlumat həqiqəti əks etdirmir”, – şirkətdən qeyd olunub.

Bundan əvvəl Serbiya KİV-ləri SOCAR-ın Serbiya hökuməti ilə,
eləcə də NİS-in səhmlərinin nəzarət paketinə sahib olan Rusiyanın
“Qazpromneft” şirkəti ilə əlaqədə olduğunu yazıb.

Xatırladaq ki, Aİ səhmlərinin nəzarət paketi Rusiyaya aid olan
üçüncü ölkə şirkətlərinə öz ərazisindən xam neftin satışına və
daşınmasına qadağa qoyub.

Twitter: @Lyaman_Zeyn

Teqlər: