Sobçakın kommersiya direktoru saxlanıldı

Sobçakın kommersiya direktoru saxlanıldı

Məşhir jurnalist Kseniya Sobçakın “Caution Media” holdinqinin kommersiya direktoru Kirill Suxanov Moskvada saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hüquq-mühafizə orqanlarındakı mənbə agentliyə bildirib ki, Suxanov “cinayət işi çərçivəsində” saxlanılıb. Lakin təfərrüat və hansı maddə ilə saxlanıldığı məlum deyil. O, istintaq üçün Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İstintaq İdarəsinə aparılıb.

Sobçak isə Teleqram kanalında Suxanovla səhərdən əlaqə saxlaya bilmədiyini, onun saxlanılmasının isə “hansısa yanlışlıq” ola biləcəyini qeyd edib.

Teqlər: