Bakının qarşısını nə ilə alacaqsınız? – Torosyan

Bakının qarşısını nə ilə alacaqsınız? – Torosyan

Qarabağ erməniləri Bakı ilə dil tapmalıdır. Qərbdən gələn tezislərə uyub nəyinsə dəyişəcəyinə ümüd etmək axmaqlıq olar.

AzerTimes xəbər verir ki, bu fikirləri “Pressinq” verilişinin efiri zamanı tanınmış erməni siyasətçi, Ermənistan parlamentinin keçmiş spikeri Tiqran Torosyan deyib.

“Biz kor-koranə Qərbə tərəf gedəndə nə olduğunu gördük… Ukrayna bunun əyani sübutudur. Kiyev Qərb tərəfindən o qədər qızışdırıldı, amma sonda döyüş meydanında ruslarla üzbəüz qalan Ukrayna əsgərləri oldu. Bütün Qərb dövlətləri dedi ki, biz yalnız Ukraynaya silah-sursat verə bilərik, ruslarla birbaşa döyüşməyəcəyik. İndi isə müharibə son Ukrayna əsgərinə qədər davam edəcək…

Hazırda Qərbdən Ermənistandakı bəzi qüvvələrə siqnallar gəlir. Amma biz ayıq olmalıyıq. Bakının qarşısını Minsk Qrupu ilə almaq istəyirsiz? Köməyi olmayacaq. Beynəlxalq münasibətlərdə rolumuz sıfırdır. Azərbaycan isə Avropanın enerji böhranında güvəndiyi ölkədir”, – deyə o qeyd edib.

Teqlər: