Sobçak Litvaya necə qaça bilib?

Sobçak Litvaya necə qaça bilib?

Tanınmış rusiyalı jurnalist və teleaparıcı Kseniya Sobçak Litvaya İsrail vətəndaşı kimi daxil olub.

AzerTimes xəbər verir ki, bunu Litvanın Dövlət Təhlükəsizliyi Departamentinin direktoru Darius Yaunişkis deyib.

“Sobçak İsrail vətəndaşıdır, o, İsrail pasportu ilə Litvaya daxil ola bilər, viza tələb olunmur və burada 90 gün qala bilər”, – o bildirib.

Yaunişkis qeyd edib ki, Sobçakın Litvada olmasının milli təhlükəsizliyə təhdid yarada biləcəyinə dair konkret kəşfiyyat məlumatı yoxdur.

Qeyd edk ki, Sobçakın evində onun kommersiya direktoru Kirill Suxanovun saxlanılması ilə bağlı axtarış aparılmışdı. Daha sonra Sobçakın saxlanılması üçün əməliyyat başladılsa da, məlum olmuşdu ki, o, artıq Litvaya keçə bilib.

Teqlər: