Rusiya hədələdi: ABŞ-ın peyklərini vuracağıq!

Rusiya hədələdi: ABŞ-ın peyklərini vuracağıq!

ABŞ və müttəfiqlərinin kommersiya peykləri Ukraynadakı hərbi münaqişədə istifadə olunarsa, Rusiyanın qanuni hədəfinə çevrilə bilərlər.

AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Konstantin Vorontsov deyib.

“Ukraynadakı hadisələrin gedişində özünü açıq şəkildə göstərən son dərəcə təhlükəli tendensiyanı vurğulamaq istərdik. Söhbət ABŞ və onun müttəfiqlərinin kosmosda mülki infrastruktur komponentlərindən, o cümlədən kommersiya komponentlərindən silahlı münaqişələrdə istifadəsindən gedir. Bu infrastrukturlar qisas üçün qanuni hədəf ola bilər”, – Vorontsov bildirib.

Qeyd edək ki, bir müddət öncə İlon Mask rus hərbçilərinin “Starlink” peyklərini vurmaq istədiklərini demişdi.

Teqlər: