“Snayper hazırlığı” kursu başa çatdı – MN

“Snayper hazırlığı” kursu başa çatdı – MN

Cari ilin döyüş hazırlığı planına əsasən Quru Qoşunlarında keçirilən “Snayper hazırlığı” kursu başa çatıb.

Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən məlumat verilib.

Kurs müddətində snayper tüfənglərinin taktiki-texniki xüsusiyyətlərinə yiyələnən hərbi qulluqçular atəş hazırlığı üzrə praktiki vərdişlərini təkmilləşdiriblər.

Atəş mövqeyinin seçilməsi, maskalanma, müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi və digər tapşırıqlar snayperlər tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilərək müvəffəqiyyətlə yerinə yetirilib.

Teqlər: