Ceyhun Bayramov Toivo Klarla görüşdü – Foto

Ceyhun Bayramov Toivo Klarla görüşdü – Foto

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında görüş keçirilib.

Bu barədə AzerTimes-a XİN-dən məlumat verilib.

Görüş zamanı bölgədə cari vəziyyət, AB Şurası Prezidentinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin 22 may tarixli Brüssel görüşünün davamı olaraq, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, o cümlədən əldə edilmiş razılıqların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Teqlər: