Slovakiya Ukraynaya beş helikopter verdi

Slovakiya Ukraynaya beş helikopter verdi

Slovakiya Ukraynaya beş helikopter və “Qrad” reaktiv yaylım atəş sistemi üçün minlərlə 122 mm-lik sursat təhvil verib.

AzerTimes xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nad deyib.

“Yeni hərbi yardım paketi çərçivəsində Ukrayna Slovakiyadan dörd Mi-17 hərbi helikopteri və bir Mi-2 helikopteri alıb. Avadanlıq artıq ukraynalı müdafiəçilərin xidmətindədir. Bundan əlavə, Slovakiya Ukraynaya “Qrad” reaktiv yaylım atəş sistemi üçün minlərlə 122 mm-lik sursat bağışlayıb”, – o bildirib.

Teqlər: