Siyəzəndə mikroavtobus aşdı: 10 nəfər yaralandı

Siyəzəndə mikroavtobus aşdı: 10 nəfər yaralandı

Siyəzən rayonunda mikroavtobusun aşması nəticəsində 10 nəfər yaralanıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunda, rayonun Zarat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 10 sərnişin Siyəzən Rayon Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıb.

Hazırda yaralıların kimliyi və hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: