“Maykrosoft” 1000 əməkdaşını işdən çıxardı

“Maykrosoft” 1000 əməkdaşını işdən çıxardı

Texnologiya nəhəngi “Maykrosoft” dünya üzrə minə yaxın əməkdaşını işdən çıxarıb.

AzerTimes xəbər verir ki, bu barədə “ABC Nyus” məlumat yayıb.

“Bütün şirkətlər kimi, biz də mütəmadi olaraq biznes prioritetlərimizi qiymətləndiririk və buna uyğun olaraq struktur düzəlişləri edirik”, -“Maykrosoft”un açıqlamasında deyilir.

Qeyd edək ki, “Maykrosoft”un səhmləri keçən il 30 faiz ucuzlaşıb.

Teqlər: