Siyəzəndə məktəbin mühafizəçisinin meyiti tapıldı

Siyəzəndə məktəbin mühafizəçisinin meyiti tapıldı

Siyəzən rayonunda 59 yaşlı kişinin meyiti tapılıb.

AzerTimes xəbər verir ki, hadisə Siyəzən Peşə Məktəbində baş verib.

Belə ki, məktəbin mühafizəçisi, 1965-ci il təvəllüdlü Alim Mütəllim oğlu Qafarovun meyiti iş yerində aşkarlanıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: