Fransanın təzədən basdırdığı Manuşyan kommunist idi

Fransanın təzədən basdırdığı Manuşyan kommunist idi

Fövqəldövlətlər və imperiyalar kiçik xalqların psixologiyasını öyrənib, onları necə çaşdırmaq lazım olduğunu anlayıb. Misak Manuşyanın yenidən dəfn edilməsi hekayəsi belə hadisələrdən biridir. Əsasən kiçik xalqları belə mövzularla aldatmağa, yoldan çıxarmağa çalışırlar.

AzerTimes xəbər verir ki, bunu erməni politoloq Argişti Kiviryan deyib.

“Bir çox erməni, hətta fransız Misak Manuşyanın tərcümeyi-halını bilmir. Onlar mövzudan bixəbərdilər. Hətta çoxları bilmir ki, Manuşyan kommunist olduğu üçün ilk dəfə Fransa hakimiyyəti tərəfindən həbs edilib. Fransa erməniləri aldatmaq üçün bir ermənini qəbiristanlıqdan çıxarıb yenidən dəfn etməyə hazırdır. Problem budur. Çünki psixologiyamızı öyrəniblər. Azərbaycanlıları belə aldada bilməzsən. Azərbaycanlılar real siyasət istəyirlər. Məsələn, görün Paris-Bakı münasibətləri nə qədər gərgindir, amma indiyədək heç nə Fransanın Azərbaycan iqtisadiyyatında iştirakına mane olmayıb. Erməni qərbpərəstlərinin fikrincə, bu günlərdə Qərb guya Bakını barmağı ilə hədələyir. Bu günlərdə Azərbaycanın energetika naziri ABŞ-da səfərdədir və orada müxtəlif enerji layihələri ilə bağlı çox dərin danışıqlar aparır. Ciddi ölkələr real nəticə əldə edir, kiçik ölkələr isə aldanır”, – o bildirib.

Qeyd edək ki, faşizmə qarşı mübarizə apardığı bildirilən Misak Manuşyanın yenidən basdırılması mərasimində iştirak üçün Nikol Paşinyan və arvadı Fransaya gedib.

Teqlər: