Sisi 9 ildən sonra ilk dəfə Əsədə zəng etdi

Sisi 9 ildən sonra ilk dəfə Əsədə zəng etdi

Misir Prezidenti Əbdülfəttah Sisi 2014-cü ildən bəri ilk dəfə olaraq Suriya lideri Bəşər Əsədə zəng edib.

AzerTimes xəbər verir ki, bu barədə Misir Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Sisi zəlzələ nəticəsində həlak olanlara görə Əsədə və Suriya xalqına başsağlığı verib və qardaş xalqın ağrısını bölüşdüyünü bildirib.

Qeyd edək ki, Türkiyənin Qəhrəmanmaraş bölgəsində baş verən dəhşətli zəlzələ Suriyada da tələfat və dağıntılara səbəb olub. Suriyada 1600-dən çox insan həlak olub.

Teqlər: