İranın yük maşını Lənkəranda yandı – Video

İranın yük maşını Lənkəranda yandı – Video

Lənkəranda yük maşınında yanğın olub.

AzerTimes xəbər verir ki, hadisə Ələt-Astara magistralında baş verib.

İran İslam Respublikasının İsfahan şəhər sakini, 38 yaşlı Adidin Höccətullanın idarə etdiyi DAF markalı maşın Gürcüstan istiqamətində hərəkətdə olarkən maşının arxa təkərindən yanğın başlayıb.

Hadisə yerinə FHN Lənkəran yanğından mühafizə hissəsinin iki maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısı alınıb.

Daha ətraflı Baku TV-nin süjetində:

Teqlər: