Sınaqdan keçirilməyən, qeydiyyatsız aqrokimyəvi məhsulların Azərbaycana gətirilməsi artıq mümkün deyil – Agentlik sədri

Artıq ölkəmizə idxal olunan aqrokimyəvi vasitələr, pestisidlər,
bioloji preparatların idxal prosesi daha da təkmilləşdirilmiş,
elektron sistem vasitəsilə həyata keçirilir.

AzerTimes-ın məlumatına görə bunu Azərbaycan Qida Təhlükəsizliyi
Agentliyinin sədri Qoşqar Təhməzli “Bitki Sağlamlığı Forumu”da
çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, elektron sistemdə tətbiq olunan yeniliyə
əsasən, artıq respublika ərazisinə sınaqdan keçirilməyən,
istifadəsina icazə verilməyən, qeydiyyatsız məhsulların gətirilməsi
texniki cəhətdən mümkün deyil.

“Belə ki, AQTİS-a tətbiq edilən yeni modul özündə rəsmi
qeydiyyatda olan aqrokimyəvi vasitələr, pestisidler, bioloji
preparatlar, baytarlıq preparatları ve yem əlavələrinin reyestrini
ehtiva edir. Bu da öz növbəsində ölkəmizə yalnız qeydiyyata alınmış
və dövriyyəsinə icaze verilmiş məhsulların idxal olunmasını temin
edir”, -deyə o əlavə edib.

Teqlər: