Sınaq imtahanının nəticələri açıqlanıb

Xəbər - Humay Ağacanova – Trend:

Fevralın 13-də ali təhsil müəssisələrinə qəbul imtahanının
ikinci mərhələsi üzrə keçirilmiş sınaq imtahanının nəticələri elan
edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM)
Trend
-ə verilən məlumata görə, hər bir abituriyent DİM-in

internet saytına
daxil olaraq imtahan nəticələri və cavab
kartının (vərəqinin) qrafik təsviri ilə tanış ola bilər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı mobil
operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş
nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 3213
abituriyentdən 76 nəfəri imtahana gəlməyib.

Xatırladaq ki, imtahanda ən yüksək nəticə göstərən
abituriyentlər (daha əvvəl keçirilən eyni məzmunlu görüşdə iştirak
edənlər istisna olmaqla) 2022-ci il martın 2-də DİM-in Akademik
Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən yeni inzibati binasında
keçiriləcək “Açıq qapı” gününə dəvət olunacaq.

Görüşdə DİM-in məsul işçiləri tərəfindən abituriyentlərə qəbul
imtahanları, ixtisas seçimi və digər məsələlərlə əlaqədar məsləhət
və tövsiyələr veriləcək, onları maraqlandıran suallar
cavablandırılacaq. Abituriyentlər DİM-in binasında yaradılmış və
milli qiymətləndirmə sistemimizin tarixi inkişaf yolunu əks etdirən
muzeylə də tanış olacaqlar.

Teqlər: