Simonyandan şok: Kreml bu suallardan qorxur…

Simonyandan şok: Kreml bu suallardan qorxur…

Rusiyanın erməni əsilli jurnalisti Marqarita Simonyan bu dəfə “Rossiya 1” telekanalının canlı yayımında işlətdiyi sözlərə görə gündəmə gəlib.

AzerTimes xəbər verir ki, Simonyan “Vladimir Solovyov ilə bazar gecəsi” verlişində Rusiya hakimiyyətinə qarşı cəmiyyətdə ciddi sualların olduğunu və bu suallara Kremlin cavab verə bilməməsini dilə gətirib.

“Cəmiyyətdə haqlı suallar yaranıb. Anlaya bilmirəm, niyə Kreml bu suallara cavab vermir? Məsələn, bu suallardan bir-ikisini dilə gətirim: Moskva deyir ki, bizim pulumuz da var, ordumuzun təminatı da yüksək səviyyədədir. Bəs onda nəyə görə insanlardan ordunu təmin etmək məqsədi ilə pul yığılır?

Əgər bizimlə NATO müharibə aparırsa, nəyə görə biz NATO-ya müharibə elan etmirik? Niyə hələ də “xüsusi hərbi əməliyyat” deyirik?

Rusiya ordu sıralarında əsgər çatışmazlığı ilə bağlı deyilənlər düzdürmü?

Mən anlaya bilmirəm, niyə Kreml bu suallara cavab vermir? Bu, sonda Moskva üçün çox böyük fəsadlarla sonlana bilər”, – deyə o qeyd edib.

Teqlər: